İDMAN


“Avro-2020”: İngiltərə və Xorvatiya səkkizdəbir finala vəsiqə qazanıb

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 22-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun daha iki qarşılaşması oynanılıb.

AZƏRTAC xəbər verir ki, D qrupunun son turunda İngiltərə millisi Çexiya seçməsi ilə üz-üzə gəlib.

Londonun “Vembley” stadionunda keçirilən görüş ingiltərəlilərin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 12-ci dəqiqədə Rahim Sterlinq vurub.

D qrupunun digər görüşündə isə Xorvatiya millisi Şotlandiyanı 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, Avropa çempionatının D qrupundan növbəti mərhələyə İngiltərə və Xorvatiya seçmələri çıxıb. Dörd xalı olan Çexiya millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.