İDMAN


“Avro-2020”: İsveçrə millisi Türkiyə yığmasına qalib gəlib

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də “Avro-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda sonuncu matçı keçirilib. Görüşdə İsveçrə və Türkiyə yığmaları üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin start heyətindı meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxıblar.

İsveçrə seçməsinin ilk on birliyində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.

Sloveniyalı FIFA referisi Slavko Vinçiçin idarə etdiyi matç İsveçrə millisi 3:1 hesablı qələbəsi ilə başa çatıb. İsveçrə millisinin heyətində Cerdan Şakiri dubl edib, Haris Seferoviç isə fərqlənib. Türkiyə millisinin “Avro-2020”nin final mərhələsində yeganə qolunu isə İrfan Can Kahveci vurub.

Beləliklə, turnirin qrup mərhələsini xalsız başa vuran Türkiyə millisi “Avro-2020”də mübarizəni dayandırıb.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.

A qrupuna 9 xalla İtaliya millisi başçılıq edir. Komanda artıq ötən tur növbəti mərhələyə vəsiqəni təmin edib. Hesabında 4 xal olan Uels və İsveçrə yığmaları 2-ci və 3-cü pillədə yer alıblar. Uels millisi də növbəti mərhələdə mübarizə aparacaq.

Bakı Olimpiya Stadionu iyulun 3-də turnirin dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.