İDMAN


“Avro 2020”: İtaliya İsveçrə yığmasını məğlub edərək qrupdan çıxmağa nail olub

Bakı, 17 iyun, İlyas Zeynallı, AZƏRTAC

İyunun 16-da futbol üzrə Avropa çempionatının A qrupunda ikinci turun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Romada “Olimpiko” stadionunda keçirilən görüşdə İtaliya və İsveçrə komandaları qarşılaşıb. Gərgin keçən oyunda İtaliya seçməsi rəqibinin qapısından üç cavabsız qol keçirib. Görüşdə qolları Manuel Lokatelli (26, 52) və Ciro İmmobile (89) vurub.

A qrupunun turnir cədvəlinə 6 xalla İtaliya komandası başçılıq edir. İkinci pillədə 4 xala malik olan Uels, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq İsveçrə və Türkiyə yığmaları qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.