İDMAN
“Avro-2020”: Polşa millisinin geniş heyətində 31 futbolçu yer alıb
Bakı, 18 may, AZƏRTAC
Futbol üzrə Polşa millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Paulu Souza əsas siyahıya 26, ehtiyata isə 5 futbolçunun adını daxil edib.
Heyətdə qapıçılardan Lukaş Fabianski (“Vest Hem”), Voytsex Şesni (“Yuventus”), Lukaş Skorupski (“Bolonya”), müdafiəçilərdən Yan Bednarek (“Sauthampton”), Bartoş Bereşinski (“Sampdoriya”), Pavel Davidoviç (“Verona”), Kamil Qlik (“Benevento”), Mixal Helik (“Barnsli”), Tomaş Kendzyora (“Dinamo Kiyev”), Kamil Piatkovski (“Zaltsburq”), Timoteuş Puxaç (“Lex”), Matsey Rıbus (“Lokomotiv Moskva”) yer alıb. Yarımmüdafiəçilərdən isə siyahıya Pşemıslav Frankovski (“Çikaqo Fayr”), Kamil Yuzvyak (“Derbi Kaunti”), Mateuş Klix (“Utrext”), Kasper Kozlovski (“Paqon”), Qjeqoj Krikovyak (“Lokomotiv Moskva”), Karol Linetti (“Torino”), Yakub Moder (“Lex”), Przemislav Plajketa (“Norviç Siti”), Pyotr Zelinski (“Udineze”), hücumçulardan Robert Levandovski (“Bavariya”), Arkadiuş Milik (“Marsel”), Karol Sviderski, (PAOK), David Kovnatski (“Fortuna”) və Yakub Şverçzokun (“Pyast”) adları daxil ediliblər.
Baş məşqçi ehtiyat oyunçulardan isə Kamil Qrosiçki (“Vest Bromviç”), Rafal Auqustinyak (“Ural”), Robert Qumni (“Auqsburq”), Sebastian Şimanski (“Dinamo Moskva”) və Radoslav Maetskiyə (“Legiya”) dəvət göndərib.
Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Polşa millisi Slovakiya, İspaniya və İsveçlə birlikdə E qrupunda mübarizə aparacaq.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.