İDMAN


“Avro 2020”: Portuqaliya millisi Serbiya millisi ilə heç-heçə edib

Bakı, 26 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 25-də “Avro 2020” seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu “Estadio da Luiz” stadionunda reallaşıb. Serbiya millisi səfərdə hazırkı Avropa çempionları Portuqaliya yığmasının qonağı olub.

Meydan sahibləri ilk dəqiqələrdən rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmasına baxmayaraq hesabı serbiyalılar açıb. Matçın 7-ci dəqiqəsində cərimə meydançasının daxilində qayda pozuntusuna görə hakim portuqalların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Duşan Tadiç fürsəti əldən verməyib - 0:1. Birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış Portuqaliya yığması uzun sürən hücumlardan sonra hesaba tarazlıq gətirib. Danilo Pereyra uzaq məsafədən baxımlı qola imza atıb - 1:1.

Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Fasilədən sonra Portuqaliya millisinin cəhdləri, serbiyalıların əks hücumlarına baxmayaraq hesab dəyişilməyib.

Günün digər maraqlı görüşü “Stade de Frens” stadionunda oynanılıb. Son dünya çempionu Fransa millisi İslandiya yığmasını qəbul edib. Görüş fransızların böyük hesablı qələbəsi ilə yekunlaşıb. - 4:0. Fransa millisinin heyətində Samuel Umtiti (12), Olivye Giru (68), Kilyan Mbappe (78) və Antuan Qrizman (84) fərqləniblər.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“A” Qrupu

Monteneqro - İngiltərə - 1:5;

Kosovo - Bolqarıstan - 1:1.

“B” Qrupu

Portuqaliya - Serbiya - 1:1;

Lüksemburq - Ukrayna - 1:2.

“H” qrupu

Türkiyə - Moldova - 4:0;

Fransa - İslandiya - 4:0;

Andorra - Albaniya - 0:3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.