İDMAN


“Avro-2022”: Bu gün Azərbaycan millisi Yunanıstan yığmasını qəbul edəcək

Bakı, 14 aprel, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Yunanıstan yığması ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında saat 19:00-da başlayacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlər və media üçün qapalı keçiriləcək qarşılaşmanı Ukraynadan olan hakimlər idarə edəcək. Yarışın baş hakimi Yaroslav Vovçhok olacaq. Ona həmyerlisi Yevhen Hordienko kömək edəcək. Üçüncü hakim Azərbaycan Futzal Federasiyasının (AFF) nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Saniyəölçən AFF-nin nümayəndəsi Hikmət Qafarlıdır. Matçın hakim-inspektoru Andreas Demetriou (Kipr) olacaq.

Qeyd edək ki, aktivində 13 xal olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.