İDMAN


“Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb

Bakı, 7 oktyabr, AZƏRTAC

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, turnirin püşkü gələn il oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində atılacaq.

Püşkatmanın nəticələrinə görə, 54 milli komanda qruplara bölünəcək. Yığmalar final mərhələsinə 23 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı Almaniyada təşkil olunacaq. Matçlar Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leyptsiq, Münhen və Ştutqart şəhərlərində keçiriləcək.

Almaniya daha əvvəl 1988-ci ildə qitə çempionatına ev sahibliyi edib. Həmçinin 1974-cü və 2006-cı il dünya çempionatları də bu ölkədə təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.