DÜNYA
Avrobarometr: Aİ vətəndaşlarını iqlimdən çox immiqrasiya problemləri narahat edir
Budapeşt, 15 avqust, AZƏRTAC
Avropa İttifaqı vətəndaşlarının böyük əksəriyyəti Aİ vətəndaşlarının sərbəst yerdəyişməsini dəstəkləyir, çünki bu zaman onlar Avropanın istənilən yerində yaşaya, işləyə, təhsil ala və bizneslə məşğul ola bilirlər.
AZƏRTAC xəbər verir ki, Avrobarometrin illik sorğusunun bu günlərdə dərc edilmiş nəticələrindən belə məlum olur. Sorğu vətəndaşların əhval-ruhiyyəsində meyillərin öyrənilməsi məqsədi ilə Avropa Komissiyası tərəfindən keçirilir.
İqtisadi və valyuta ittifaqının, avronun dəstəklənməsi də yeni rekord səviyyəyə çatıb. Qeyd edək ki, respondentlərin 76 faizi vahid valyutanı dəstəkləyir, qonşu ölkələrə səfərlərdə vahid valyuta ilə hesablaşmağın rahatlığını vurğulayır.
Ötənilki sorğunun nəticələrinə görə beşinci yeri tutan iqlim dəyişmələri indi əhəmiyyətinə görə ikinci problemə çevrilib. İmmiqrasiya isə əvvəlki kimi Aİ vətəndaşlarını narahat edən başlıca problemlərdən biridir, hərçənd 2014-cü ilin baharından etibarən ilk dəfə üç əsas problemdən biri sayılmır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt