İQTİSADİYYAT


Avrokomissar: Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyini davam etdirəcək

Bakı, 13 iyun, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə danışıqları və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han iyunun 13-də Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumundan əvvəl bəyanatında deyib.

Avrokomissar qeyd edib ki, Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır.

"Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", - deyə o bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.