DÜNYA


Avrokomissiya: Bosniya və Herseqovinada seçkilərin boykot olunması qəbuledilməzdir

Sarayevo, 7 may, AZƏRTAC

Bosniya və Herseqovinada seçkilərin oktyabr ayında ilkin şərt və maneələr olmadan ədalətli və azad şəkildə keçirilməsi çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.

Bildirilib ki, seçkilərin bütövlüyünün yaxşılaşdırılması və qurumların funksionallığının gücləndirilməsi üçün Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq Bosniya və Herseqovinada ayrı-seçkiliyin aradan qaldırılmasına hələ də ehtiyac var. Bəyanatda seçkilərin boykot edilməsi ehtimalının və Xorvat Xalq Məclisinin Bosniya və Herseqovina ərazisinin yenidən təşkili ilə bağlı açıqlamasının qəbuledilməz olduğu vurğulanıb.

Qeyd edək ki, Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası ölkədə ümumi seçkilərin oktyabrın 2-də keçiriləcəyini açıqlayıb. Lakin Bosniya və Herseqovinadakı siyasi qeyri-müəyyənlik seçkilərlə bağlı müxtəlif fikir ayrılıqlarına səbəb olur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.