İDMAN


Avroliqada “Yagelloniya” komandası ilə görüşəcək “Qəbələ” klubu Varşava hazırlığına yekun vurub

Bakı, 19 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb.

AZƏRTAC xəbər verir ki, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” iyulun 18-də günün ilk yarısında məşq edib. Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda keçirilib. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. Komandamız “İbis otel”də məskunlaşıb. Bu gün komandamız matçın keçiriləcəyi Belostok şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, iyulun 20-də keçiriləcək və Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi “Yagelloniya”–“Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.