İDMAN


Avroliqanın “Dördlər finalı” yenidən Almaniyada keçiriləcək

Bakı, 12 iyul, AZƏRTAC

Növbəti mövsüm basketbol üzrə Avroliqanın “Dördlər finalı” Almaniyanın paytaxtı Berlində keçiriləcək. Yarışın həlledici mərhələsi gələn il mayın 27-dən 29-dək təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bunadək Berlin 2009-cu və 2016-cı illərdə “Dördlər finalı”na ev sahibliyi edib. Avroliqanın prezidenti Jordi Bartomeu mətbuata açıqlama verərək Almaniya basketbolunun son vaxtlar inkişafından danışıb. O, liqada “Alba” və “Bavariya” kimi komandaların çıxış etdiyini nəzərə aldıqlarını və bu ölkədə “Dördlər finalı”nı təşkil etməyin onlar üçün strateji cəhətdən doğru olduğunu bildirib.

Xatırladaq ki, ötən mövsüm “Dördlər finalı” Almaniyanın Köln şəhərində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.