İQTİSADİYYAT


Avroliqanın finalından sonra azarkeşlərin Bakıdan Tbilisiyə daşınması üçün əlavə sürət qatarı təyin edilib

Bakı, 27 may, AZƏRTAC

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunundan sonra azarkeşlərin Bakıdan Tbilisiyə daşınması məqsədilə mayın 30-da hərəkətdə olacaq 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarından başqa, əlavə 48 nömrəli Bakı-Tbilisi sürət qatarı da təyin edilib. Qatar Bakıdan mayın 30-u saat 8:00-da Tbilisiyə yola düşəcək. Həmin qatara biletlər dəmir yolunun bilet kassalarında və onlayn qaydada əldə oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.