CƏMİYYƏT


Avronest PA-nın komitə iclaslarında Azərbaycanın iqtisadi və sosial sahələrdəki təcrübəsindən danışılıb

Tbilisi, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Tbilisidə Avronest PA-nın iqtisadi və sosial komitələrinin iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, iqtisadi komitədə Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrin investisiya imkanları, iqtisadi inkişaf pespektivləri barədə məruzələr dinlənilib.

Gürcüstan hökumətinin üzvləri ölkənin investisiya imkanlarından söz açıb, Azərbaycan ilə birlikdə həyata keçirilən layihələrdən və Azərbaycanın, Türkiyə və digər Avropa ölkələrinin Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayələrdən danışıblar.

Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin iqtisadi inkişafı və həyata keçirdiyi layihələri barədə məlumat veriblər.

Milli Məclisin deputatı Məlahət İbrahimqızının həmsədr olduğu və moderatorluğu ilə keçən sosial komitənin iclasında isə “Şərq Tərəfdaşlığı və Mərkəzi Avropa ölkələrində qeyri-formal əməkçilərin hüquqları” və “Şərq Tərəfdaşlığı ölkələrində vərəm xəstəliyinə qarşı mübarizədə parlamentarilərin rolu” məsələləri müzakirə olunub.

Məlahət İbrahimqızı və deputat Sədaqət Vəliyeva çıxış edərək hər iki məsələ ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları barədə məlumat veriblər.

Bildirilib ki, Azərbaycan həm qeyri-formal əməkçilərin hüquqlarının müdafiəsi, həm də vərəmə qarşı mübarizə sahəsində xeyli uğurlar qazanıb və bəzi ölkələrdən çox qabaqdadır.

Çıxışlar zamanı Azərbaycanın hər iki sahədə təcrübəsinin öyrənilməsi ilə bağlı təkliflər səslənib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.