Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Əziz İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Başa çatmaqda olan il çox da asan keçmədi. Lakin Sizin rəhbərlik etdiyiniz Azərbaycan bir çox sahələrdə, o cümlədən idmanda ardıcıl surətdə irəliləməyə davam etdi.

Qarşıdan gələn 2017-ci ildə ölkənizdə bir çox müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Biz Bakı şəhərində atıcılıq idmanı üzrə Avropa çempionatının və Avropa Atıcılıq Konfederasiyasının Baş Assambleyasının keçirilməsinə hazırlaşırıq. Yarışlarımıza gəlmək imkanınız olsa, biz buna çox şad olarıq.

İcazənizlə, nəzərdə tutulan bütün işləri həyata keçirmək üçün Sizə güclü və enerjili olmağı arzu edim. Sizə, böyük və mehriban ailənizin bütün üzvlərinə cansağlığı və səadət arzulayıram.

 

Hörmətlə,

Vladimir Lisin

Avropa Atıcılıq Konfederasiyasının prezidenti

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin