İDMAN


Avropa Atletika Assosiasiyası iki yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Bakı, 7 mart, AZƏRTAC

Avropa Atletika Assosiasiyası “Mondo” və “SPAR International” şirkətləri ilə yeni müqavilələr imzalayıb.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, “Mondo” və Avropa Atletika Assosiasiyası arasında imzalanan dördillik müqaviləyə əsasən, şirkət bu müddətdə beynəlxalq idman qurumunun yaşıl tərəfdaşı kimi əsas yarışlarda qaçış yollarının və döşəmələrin rəsmi təchizatçısı olacaq.

1996-cı ildən etibarən Avropa Atletika Assosiasiyasının əsas sponsorlarından olan “SPAR International” şirkəti ilə müqavilə isə 2027-ci ilədək qüvvədə olacaq. Müqavilənin əsas məqsədlərindən biri idman vasitəsilə sağlam həyat tərzinin təşviq edilməsidir. Müqavilə 2020-ci ildə qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.