İDMAN


Avropa Atletika Assosiasiyasının rəhbər heyətinə keçiriləcək seçkilərdə namizədlər müəyyənləşib

Bakı, 17 fevral, AZƏRTAC

Avropa Atletika Assosiasiyasının rəhbər heyətinə aprelin 13-də keçiriləcək seçkilərdə mübarizə aparacaq namizədlərin adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, seçkilərdə namizədlər Avropa Atletika Assosiasiyasının prezidenti, vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvlüyü uğrunda mübarizə aparacaqlar. Federasiyanın hazırkı prezidenti norveçli Svein Arne Hansen bu vəzifəyə yeganə namizəddir. Üç vitse-prezident vəzifələrinə isə Çerri Aleksandr (Böyük Britaniya), Cin Qarsia (Fransa), Marton Qyulay (Macarıstan), Frank Hensel (Almaniya), Dobromir Karamarinov (Bolqarıstan), Anti Pihlakoski (Finlandiya) və Libor Varhanik (Çexiya) namizədliklərini irəli sürüblər.

Seçkilər aprelin 13-də Praqada keçiriləcək 26-cı Avropa Atletika Konqresi çərçivəsində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.