İDMAN


Avropa Atletika Assosiasiyasının yeni vitse-prezidentləri müəyyənləşib

Bakı, 15 aprel, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada Avropa Atletika Assosiasiyasının İcraiyyə Komitəsinin ilk iclası keçirilib.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasına (AAF) istinadla xəbər verir ki, iclasda ilk olaraq quruma vitse-prezidentlər seçilib. Bu vəzifəyə Çerri Aleksandr (Böyük Britaniya), Dobromir Karamarinov (Bolqarıstan) və Libor Varhanik (Çexiya) seçiliblər. D.Karamarinov 2015-2019-cu illərdə də bu vəzifəni icra edib.

Qeyd edək ki, AAF-ın baş katibi Məhərrəm Sultanzadə də iclasda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.