Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Avropa Azərbaycan Cəmiyyətinin direktorunun “Peace and Sport” təşkilatının saytında məqaləsi dərc edilib

Avropa Azərbaycan Cəmiyyətinin direktorunun “Peace and Sport” təşkilatının saytında məqaləsi dərc edilib

Bakı, 19 iyul, AZƏRTAC 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetterin “Peace and Sport” təşkilatının internet saytında “Azərbaycan öz idmanını qaçqın və məcburi köçkünlərin inteqrasiyası üçün necə istifadə edir” sərlövhəli məqaləsi dərc edilib.

TEAS-dan AZƏRTAC-a verilən məlumata görə, məqalədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasıya olunmasında idmanın rolundan bəhs edilir.

Qeyd olunur ki, BMT tərəfindən təsis edilmiş 20 iyun - Ümumdünya Qaçqınlar Günü bizə İraq və Suriyada aparılan müharibələr nəticəsində bu yaxınlarda Avropaya axan qaçqınlar selini xatırladıb. Bu siyasi gündəmdə təhlükəsizliyi zədələmədən qaçqınlara humanitar yardımın göstərilməsi məsələsi yenidən gündəmə gətirib. Bu an Azərbaycanın idmandan qaçqın və məcburi köçkünlərin inteqrasiyası üçün istifadə etməsi yada düşür.

Diqqətə çatdırılıb ki, 25 ildən çoxdur davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqın və məcburi köçkünü sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görür. Qaçqın və məcburi köçkün düşərgələri ölkənin bir çox ərazisində salınıb. Təəssüf ki, bütövlükdə yeni nəsil belə bir çətin şəraitdə doğulub. “Qarabağ” yerli futbol komandası bu münaqişənin faciəvi nəticələrinə bir nümunədir. Bu klub ev oyunlarını əvvəllər Ağdamda keçirirdi. İndi bu şəhər işğal altındadır. Klub isə dünyada çox nadir qaçqın futbol klublarındandır. Böyük çətinliklərə baxmayaraq, bu futbol komandası indi UEFA Çempionlar və Avropa liqalarında uğurla çıxış edir.

Avropa ilə Azərbaycan arasında iqtisadi, elmi və mədəni sahələrdə körpülər salmağa çalışan TEAS-ın direktoru xüsusi vurğulayıb ki, Azərbaycandakı hökumət və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin inteqrasiyasında idmanın imkanlarından geniş istifadə olunur: “İdmanın rolu Azərbaycanda çox ciddi qəbul edilir. Gənclər və İdman Nazirliyi Sovet İttifaqının süqutundan sonra Azərbaycanda yaradılmış ilk nazirliklərdəndir. Bu nazirlik münaqişənin nəticələrindən əziyyət çəkən gənclərin inkişaf etdirilməsi zərurətindən yaranıb. Hesablamalara görə, Azərbaycandakı qaçqın və məcburi köçkünlərin 30 faizdən artıq hissəsini yaşı 25-dən az gənclər təşkil edirdilər. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyi şəxsən Azərbaycan Prezidenti İlham Əliyev özü edir. Bu, Azərbaycan Prezidentinin idmana verdiyi önəmin göstəricisidir. Məhz onun sayəsində 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında Azərbaycanda birinci Avropa Oyunları, 2016-cı ildə isə Bakıda ilk dəfə olaraq Formula-1 yarışı keçirilib”.

Müəllif bildirib: “İdmanın müalicəvi təsirini nümayiş etdirən faktlardan biri də odur ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliklərə baxmayaraq, Ermənistan komandası Azərbaycanda keçirilən Avropa Oyunlarında heç bir xoşagəlməz hal olmadan iştirak edib. Bundan əlavə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 2001-2015-ci illər arasındakı dövrdə Azərbaycanda 100-dək yaşayış məntəqəsi salınıb. Bu qəsəbə və şəhərciklər ən müasir sosial və texniki infrastruktur ilə təchiz ediliblər. Məktəb və tibb mərkəzləri ilə yanaşı, bu yaşayış məntəqələrində 2 Olimpiya Kompleksi (Ağdam-Quzanlı və Füzuli rayonları) və 14 idman mərkəzi tikilib. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına dinc və təhlükəsiz qayıdışına nail olmaq üçün idmandan geniş istifadə edilir”.

Bildirilib ki, Avropa Azərbaycan Cəmiyyəti sosial inteqrasiyanın yaxşılaşdırılması və sülhün bərqərar olunması üçün geniş istifadə olunan mədəni və idman tədbirlərinə xüsusi diqqət yetirir. TEAS Azərbaycanda və bütün dünyada qaçqın və məcburi köçkünlərin taleyinə diqqəti cəlb etmək üçün son illər çoxsaylı idman yarışlarının təşkilatçısı olub. Məsələn, Cəmiyyət 3600 tamaşaçının iştirakı ilə Londonda ümumdünya qaçqın və məcburi köçkünlərin “Arsenal əfsanələri” komandasının oyunçuları ilə futbol oyununu təşkil edib. Oyundan əldə olunan vəsait Britaniyanın əsas xeyriyyə cəmiyyətlərindən olan Qaçqınlar Şurasına bağışlanıb.

Avropa Azərbaycan Cəmiyyəti, həmçinin dünya şöhrətli “Repton” boks klubu ilə Azərbaycanın “Qəbələ” idman klubu arasında Şərqi Londonda keçirilmiş xeyriyyə boks yarışının təşkilatçısı kimi çıxış edib. TEAS ağır çəkidə boks üzrə dünya çempionu olmuş Frenk Bruno, idmandan uzaqlaşmış İngiltərə futbol yığmasının sabiq kapitanı Toni Adams və yüngül atletika əfsanəsi Mo Farah kimi böyük idmançıların dəstəyini təmin edib. Somalidən qaçqın olan Mo Farah idmanın onun taleyində oynadığı mühüm rolu etiraf edir.

Avropa Azərbaycan Cəmiyyətinin sülhün bərqərar olmasında və inteqrasiyanın inkişafında idmanın istisna rolunu qəbul edərək, 2016-cı ildə “One Step for Peace” xeyriyyə kampaniyasına 20 min avro bağışlamaqla “Peace and Sport” doqquzuncu beynəlxalq foruma dəstək olub.

“Peace and Sport”un fəaliyyəti böyük amallara xidmət etdiyi üçün qeyri-hökumət təşkilatlarının atdığı kiçik addımlar bu məqsədə öz töhfələrini vermiş olurlar. Biz şahzadə əlahəzrət II Albertin himayəsi altında Joel Bouzou tərəfindən idarə edilən bu strukturda iştirak etməyimizlə qurur duyuruq. Təəssüf ki, müharibə idmanda uğur əldə edə biləcək gənc nəsli məhv etmək gücünə malikdir. “Peace and Sport” kimi təşkilatların köməyi ilə belə halların baş vermə ehtimalı azalır”, - deyə məqalədə qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar