SİYASƏT


Avropa Azərbaycanlıları Konqresinin Mərkəzi Şurası onlayn-konfrans keçirib

Budapeşt, 18 aprel, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Mərkəzi Şurasının onlayn-konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Böyük Britaniya, Almaniya, Fransa, Belçika, Niderland, Rusiya, Ukrayna, Belarus, Macarıstan, Rumıniya, Finlandiya, İsveç, Türkiyə, İsrail və Şimali Kiprdə yaşayan həmvətənlərimizin təmsilçiləri, AAK Mərkəzi Şurasının üzvləri, Konqresin strateji məsələlər üzrə müşavirləri, habelə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova iştirak ediblər. AAK-ın prezidenti Sahil Qasımov və baş katibi Arzu Oqtay konfransa birgə moderatorluq ediblər.

Onlayn-konfransda Azərbaycan diasporunun Avropada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar problemləri müzakirə edilib. İştirakçılar öz ölkələrindəki vəziyyət barədə məlumat verib, orada yaşayan həmvətənlərimizin üzləşdikləri problemlərdən və görülən işlərdən danışıblar. Təcrübə mübadiləsi aparılıb. Bütün dünyadakı həmvətənlərə Azərbaycan hökumətinin səylərinə hərtərəfli dəstək göstərilməsi, habelə onların yaşadıqları ölkələrin hökumətlərinə pandemiyanın vətəndaşların sağlamlığına və ölkələrin iqtisadiyyatına vurduğu ziyanı minimuma endirmək çağırışı ilə müraciət qəbul edilib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.