SİYASƏT


Avropa Azərbaycanlıları Konqresinin onlayn konfransı keçirilib VİDEO

Budapeşt, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də “Zoom” platforması üzərindən Avropa Azərbaycanlıları Konqresinin (AAK) onlayn formatda növbəti konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Türkiyə, Niderland, AFR, Danimarka, Finlandiya, Macarıstan, Rusiya və digər ölkələrdən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransda, həmçinin AAK-ın digər üzvləri, Konqresin strateji məsələlər üzrə müşavirləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov və bu qurumun Avropa departamenti sədrinin müavini Leyla Həmzəyeva iştirak ediblər. AAK-ın prezidenti Sahil Qasımov və Baş katib Arzu Oqtay konfransın moderatorları qismində çıxış ediblər.

Onlayn konfrans Vətənimizin işğal altında olan ərazilərinin azad edilməsi uğrunda Azərbaycan xalqının Vətən müharibəsinin qarşıdan gələn bir illiyinə həsr edilib. Konfrans iştirakçıları doğma torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən bütün şəhidlərin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dəvət olunan və çıxış edənlər arasında şəhid Rəşad Zeynallının atası Hacı Qiyas Zeynallı, 1994-cü ildə şəhid olmuş Teymur Yusifovun Niderlandda yaşayan bacısı İlkanə Qoca, Birinci Qarabağ müharibəsində şəhid olmuş Əliheydər Kazımovun qardaşı, Moskvada Azərbaycan diaspor təşkilatının rəhbəri Əli Kazımov, 2016-cı ilin Aprel döyüşlərində 6 vahid zirehli texnikanı və daha 11 vahid zirehli texnikanı ötən il, 44 günlük müharibədə məhv edən qazi Tahir Misirxanov, həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatları Musa Qasımlı, Sabir Rüstəmxanlı və Bakı Dövlət Universitetinin müəllimi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili olublar.

Onlayn konfransın iştirakçıları öz çıxışlarında Böyük Qələbənin qazanılmasından qürur duyduqlarını vurğulayıblar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.