SİYASƏT


Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Avropa Parlamentinin üzvləri ilə görüşüblər

Bakı, 8 iyun, AZƏRTAC 

Avropa Azərbaycanlıları Konqresinin (AAK) təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov məlumat verib.

İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan deputatı İlhan Kuçukla keçirilib. O bildirib ki, parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə sıx əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə hesabat tələb etməlidirlər. İ.Kuçuk ölkəmizin Brüsseldəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını deyib.

Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda parlament üzvlərinə ingilis dilinə tərcümə olunmuş “Əli və Nino” kitabı hədiyyə edilib.

AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun dəvəti ilə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə əlaqədar təşkil edilən rəsmi qəbulda iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.