DÜNYA


Avropa Dərman Agentliyi “SinoVac“ peyvəndinə icazə verilməsi üçün prosedurlara başlayıb

Cenevrə, 4 may, AZƏRTAC

Avropa Dərman Agentliyi (EMA) Çinin “SinoVac” şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvəndin Avropa İttifaqında tətbiqinə icazə verilməsi üçün prosedurlara start verib.

AZƏRTAC xəbər verir ki, təşkilat məlumatların sürətləndirilmiş dəyərləndirilməsini həyata keçirəcək. “SinoVac“ peyvəndi barədə qərar kliniki və laboratoriya tədqiqatlarının nəticələri əsasında qəbul edilib. Peyvəndin orqanizmdəki anticisimləri koronavirusa qarşı stimullaşdırması və buna görə də COVID-19 xəstəliyinə qarşı effektivliyi onun Avropada da tətbiqini gündəmə gətirib.

Avropa İttifaqında EMA-nın tövsiyəsi əsasında indiyədək dörd peyvəndin (“AstraZeneca”, “BioNTech/Pfizer”, “Johnson & Johnson” və “Moderna”) tətbiqinə icazə verilib. Hazırda “SinoVac“ peyvəndindən başqa daha üç peyvəndin yoxlanışı həyata keçirilir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.