İDMAN


Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan velosipedçilərimiz sınaq yürüşlərini davam etdirirlər

Bakı, 19 iyul, AZƏRTAC

Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalına hazırlaşan velosipedçilərimiz yarış marşrutunda sınaq yürüşlərini davam etdirirlər.

Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yolun enişli və yoxuşlu hissələrinə xüsusi diqqət ayıran məşqçilər daha çox taktiki çalışmalara üstünlük verirlər.

Festivalda velosipedçilər iyulun 23-də və 25-də mübarizə aparacaqlar. İyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.

Mötəbər yarışda Azərbaycanı 3 qız və 3 oğlan velosipedçi təmsil edəcək. Qızların mübarizəsində Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova yarışacaqlar. Oğlanların yarışında isə Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyev güclərini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.