İDMAN


Avropa Gənclər Olimpiya Festivalına hazırlıq çərçivəsində atletika hakimləri üçün seminar keçirilir

Bakı, 16 may, AZƏRTAC

Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri çərçivəsində Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin, “Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə atletika hakimləri üçün seminar keçirilir.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, seminarın açılışında federasiyanın baş katibi Məhərrəm Sultanzadə və hakimlər kollegiyasının sədri Şirin Vəliyev çıxış ediblər.

Seminarın sonunda iştirakçılar imtahan verəcəklər. Seminarın lektorları baş hakim Nemət Heydərov və Kənan Məhərrəmovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.