İDMAN


Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycanı 12 idmançı təmsil edəcək.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu mötəbər yarışda səkkiz oğlan cüdoçu – İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90 kq), Hüseyn Məmmədov (+90 kq) iştirak edəcək. Qızların yarışında isə dörd cüdoçu - Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq) güclərini sınayacaqlar.

Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.