İDMAN


Avropa Gənclər Olimpiya Festivalında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyənləşib

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, festivalda birinci yeri tutan hər bir idmançıya 10 min, onun şəxsi məşqçisinə 5 min manat məbləğində mükafat veriləcək. Bundan başqa, ikinci yeri tutan hər bir idmançıya 7 min manat, onun şəxsi məşqçisinə 3,5 min manat, üçüncü yeri tutan hər bir idmançıya 5 min manat, onun şəxsi məşqçisinə isə 2,5 min manat məbləğində mükafat müəyyən edilib. Bundan başqa, komandanın baş məşqçisinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.

Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.