İDMAN


Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının beşinci gününə start verilib

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının beşinci gününə start verilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində yarışlar axşam sessiyasında keçiriləcək. Axşam sessiyasında 3000, 4000 metr məsafələrə qaçış, 5000 metr məsafəyə idman gəzişi, nizəatma, nüvəitələmə hündürlüyə və üç təkanla tullanma yarışlarının final mərhələləri keçiriləcək. Bundan əlavə diskatma və estafet qaçışı yarışlarında təsnifat mərhələləri keçiriləcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.

"EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.