İDMAN


Avropa Hakimlər Komitəsinin nəzəri və praktiki dərslərinə qatılan Azərbaycan hakimləri dərəcələrini artırıblar

Bakı, 17 iyun, AZƏRTAC

Avropa Hakimlər Komitəsinin (EKF) nəzəri və praktiki dərslərinə qatılan müxtəlif dərəcəli hakimlərimiz imtahandan uğurla keçərək səviyyələrini artırıb.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Şahin Xudaverdiyev, Rənad Əliyev və Mayis Mədətov beynəlxalq dərəcələrini artırmağa, Mir-Cabbar Seyidov, Akif Kərimov və Mehman Mədətov isə beynəlxalq dərəcə almağa müvəffəq olublar. Ş.Xudaverdiyev kumite üzrə referi “B”, R.Əliyev kumite üzrə referi “B”, kata üzrə referi “A”, Mayis Mədətov kata üzrə “A”, Mir-Cabbar Seyidov kata üzrə “B”, Akif Kərimov kata və kumite üzrə “B”, M.Mədətov isə kumite üzrə “B” dərəcələri alıblar.

Səviyyələrini artıran altı hakimin hər biri iyunun 17-19-da Praqada keçirilən gənclər və yeniyetmələrin Avropa çempionatını idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.