CƏMİYYƏT


“Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində maarifləndirmə tədbirləri davam edir

Bakı, 29 noyabr, Əziz Məmmədov, AZƏRTAC

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Mərkəzin mütəxəssisi Ceyhun Nəcəfov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, noyabrın 30-dək davam edəcək kampaniya çərçivəsində Bakı, Sumqayıt və ölkənin digər şəhərlərində ali məktəblərdə, avtovağzallarda, ticarət mərkəzlərində insanın immunçatışmazlığı virusuna (İİV) ödənişsiz və könüllü şəkildə testləşmə aksiyası başlanıb. C.Nəcəfov deyib: “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində “Metropark” ticarət-əyləncə mərkəzində, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Sumqayıt və Gəncə Dövlət universitetlərində və Bakı Beynəlxalq Avtovağzalında vətəndaşların müayinəsi aparılıb. Aksiyanın sabah “Park Bulvar” ticarət-əyləncə mərkəzində keçirilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, aksiyanın gedişində mərkəzin mütəxəssisləri İİV-infeksiyanın əmələ gəlməsi və ondan qorunmanın yolları barədə iştirakçılara ətraflı məlumat verib, sağlam və təhlükəsiz həyat tərzinin əhəmiyyətini vurğulayıblar. “Tədbirlərdə yüzlərlə insan könüllü olaraq İİV-infeksiyası müayinəsindən keçib. Bununla bağlı “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində sakinlərə broşürlər və bukletlər paylanılıb. Vətəndaşların pulsuz və anonim qaydada ekspress-testdən keçərək İİV-infeksiya daşıyıcısı olub-olmadığının müəyyən edilməsi üçün bütün şərait yaradılıb. 15 dəqiqə ərzində analizlərin nəticəsi təqdim edilib”, - deyə sonda C.Nəcəfov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.