ELM VƏ TƏHSİL
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi BDU-nun Hüquq fakültəsində mühazirə deyib
Bakı, 17 fevral, AZƏRTAC
Uzun illər Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimi olmuş, hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru, professor Lətif Hüseynovun Hüquq fakültəsinin tələbələri ilə görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Lətif Hüseynovun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib. O, tanınmış hüquqşünas alimin tələbələrlə görüşünün onların biliklərinin zənginləşdirilməsi üçün atılan mühüm addım olduğunu diqqətə çatdırıb.
Sonra professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası” mövzusunda mühazirə söyləyib, tələbələrin suallarına cavab verib.