SİYASƏT
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Yunanıstanın yeni qanununun ləğv edilməsi üçün presedent yarada bilər

Şübhə yoxdur ki, bu qətnamə tamamilə absurd idi. Əvvələn, Birinci Dünya müharibəsi illərində Türkiyə deyilən dövlət yox idi. Bu, 1240-cı ildə Ukrayna paytaxtının viran edilməsinə görə Monqolustanı təqsirləndirməyə və ya həmin hadisədən iki il sonra AFR vətəndaşlarının Cud gölündə kütləvi şəkildə məhv edilməsinə görə Rusiya Federasiyasını günahlandırmağa oxşayır. Bir sözlə, bu qətnamə tarixi mənada tam cəfəngiyatdır! İkincisi, soyqırımı faktı ən müxtəlif ixtisaslar üzrə diplomları olan (bəzən də heç bir diplomu olmayan) xalq elçiləri tərəfindən deyil, yalnız səlahiyyətli məhkəmə tərəfindən müəyyən edilir. Müxtəlif ölkələrin parlamentlərinin qəbul etdikləri qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur və belə sənədlər, əgər bu barədə beynəlxalq tribunalın qərarı yoxdursa, “soyqırımında” ittihamı tarixi akta çevirmir. Bu gün Holokost və Üçüncü Reyx tərəfindən qaraçıların qırılması, habelə tutsi qəbiləsinin və bosniyalıların məhv edilməsi soyqırımı faktlarıdır. Ona görə də “erməni soyqırımı” haqqında tezis nəinki məhkəmə qaydasında lazımi şəkildə müəyyən edilmiş fakt deyildir, hətta bu barədə elmi mühitdə də konsensus yoxdur.
Lakin indi söhbətimiz bu haqda deyil. Bu günlərdə Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin ali instansiyası “Perincek vs. Switzerland” işində İsveçrənin apelyasiyasına (bu barədə ətraflı məlumat üçün bax: http://www.1news.az/politics/20131219065837118.html) dair qəti qərar çıxaracaq və bu mövzunu birdəfəlik bağlayacaqdır. Əgər məhkəmə keçənilki qərarı qüvvədə saxlayarsa və Doqu Perinçekin cəzalandırılması haqda Lozanna məhkəməsinin verdiktinin qanunsuz olmasını təsdiq edərsə, bu, Yunanıstanın yeni qanununa qarşı məhkəmə iddiası proseduruna başlamaq üçün əla presedent olacaqdır.
Beləliklə, Edvard Nalbandyan sevinməyə bir az tələsib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin