İQTİSADİYYAT


Avropa İnvestisiya Bankı: İnnovasiya sahəsi “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadiyyatlarının inkişafına dəstək ola bilər

Batumi, 11 iyul, AZƏRTAC

Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr gələcəkdə digər sahələrə, o cümlədən iqlim və innovasiyalar sahəsinin inkişafına xüsusi diqqət ayırmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak iyulun 11-də Batumidə keçirilən “Şərq tərəfdaşlığı” üzrə birinci investisiya forumundakı çıxışı zamanı deyib.

Bank rəsmisi bildirib ki, iqlim dəyişikliyi, ümumiyyətlə iqlim Avropa və bölgə üçün olduqca əhəmiyyətli məsələdir. “Şərq tərəfdaşlığı” ölkələri iqlim komponenti olan layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməlidirlər.

V.Hudak qeyd edib ki, innovasiya sahəsi “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadiyyatlarının inkişafına dəstək ola bilər. Avropa İttifaqı da bu sahəyə xüsusi önəm verir. Çin və digər iri ölkələrlə rəqabət aparmaq üçün innovasiyaların inkişafı olduqca vacibdir. İnnovasiya sahəsi hər kəsin marağında olmalıdır.

AİB-in vitse-prezidentinin sözlərinə görə, ölkə iqtisadiyyatlarının rəqabətədavamlı və innovativ olması üçün insan kapitalına daha çox investisiya yatırılmalıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.