DÜNYA
Avropa İttifaqı 2020-ci ildən etibarən Litvaya maliyyə yardımını azaldacaq
Vilnüs, 17 dekabr, AZƏRTAC
Litva 2020-ci ildən etibarən Avropa İttifaqından indikindən az maliyyə yardımı alacaq. Buna səbəb Litvada həyati zərurət mallarının qiymətlərinin aşağı olmasıdır.
AZƏRTAC xəbər verir ki, Latviya və Estoniya ilə müqayisədə Litvada qiymətlərin aşağı səviyyədə olmasının əsas səbəblərindən biri dövlət sektorunda xidmətlərinin əksəriyyətinin pulsuz olmasıdır. Litvada təhsil və səhiyyə işçilərinin əməkhaqqı isə Avropa İttifaqında və avrozonada ən aşağı göstəricilərdən biridir.
Bununla əlaqədar, 2020-2027-ci illərdə Litvanın Avropa İttifaqından alacağı maliyyə yardımının həcmi yarım milyard avro azaldılacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]