SİYASƏT


Avropa İttifaqı 28 illik qəflət yuxusundan oyanıb

Budapeşt, 20 noyabr, AZƏRTAC

Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsindən sonra Avropa “çox tez” oyanıb. Azərbaycan xalqı onu oyatmaq üçün çox çalışırdı, lakin buna heç cür nail ola bilmirdi.

Məlum oldu ki, onu Azərbaycan Ordusu yuxudan oyatmalı imiş.

AZƏRTAC xəbər verir ki, dünən Avropa İttifaqı Şurasının saytında aşağıdakı məzmunda bəyanat yerləşdirilib: “Avropa İttifaqı hesab edir ki, münaqişə ilə bağlı danışıqlar, onun genişmiqyaslı və davamlı nizamlanmasına, o cümlədən Dağlıq Qarabağın statusuna dair səyləri bərpa etmək lazımdır”.

Statusu xatırlayıblar. Tərpəniblər. Azərbaycan iyirmi səkkiz il ərzində dünya birliyindən, o cümlədən Avropa İttifaqından xahiş edirdi ki, Ermənistandan onun işğal etdiyi ərazilərin azad olunması tələb edilsin, Azərbaycan daim “insan haqlarından” dəm vuran Avropa İttifaqına az qala yalvarırdı ki, öz evlərindən qovulmuş azərbaycanlıların hüquqlarını yada salsın. Avropa İttifaqı başını quma soxaraq yatırdı.

İndi isə, işə baxın, “başıbəlalı”ların hər şeyi itirdiyini anlayanda ayılıb.

Görürsünüzmü, status barədə narahat olublar.

Daha status yoxdur! Olmayacaq! Bu status... özünüz bilirsiniz haraya – cəhənnəmə getdi, Tarixin zibilxanasına getdi!

Azərbaycanın bir sözü var – unitar dövlətin başqa rayonlarının statusu necədirsə, Dağlıq Qarabağın statusu da elə olacaq!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.