DÜNYA


Avropa İttifaqı ABŞ vətəndaşları üçün sərhədlərini açmaq qərarına gəlib

Bakı, 18 iyun, AZƏRTAC

Avropa Komissiyası ABŞ vətəndaşlarının Avropa İttifaqına səyahət etmələrinə icazə vermək qərarına gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Brüsseldə yayılan bəyanatında deyilir.

“Avropa İttifaqında səyahətlərə qoyulan müvəqqəti məhdudiyyətlərin tədricən ləğv olunması barədə düzəlişlərdən sonra qadağaların aradan qaldırılacağı ölkələrin, xüsusi inzibati rayonların və digər ərazilərin siyahısı yenilənib. Üzv ölkələr 2021-ci il iyunun 18-dən etibarən aşağıdakı üçüncü ölkələrin vətəndaşları üçün sərhəd məhdudiyyətlərini tədricən aradan qaldırmalıdır. Bu ölkələrə Albaniya, Avstraliya, İsrail, Yaponiya, Livan, Yeni Zelandiya, Şimali Makedoniya, Ruanda, Serbiya, Sinqapur, Cənubi Koreya, Tailand, ABŞ, Çin aiddir”, - deyə bəyanatda bildirilir.

Avropa İttifaqı Şurası, həmçinin Çinlə sərhədlərin açılmasının yalnız Pekinin müvafiq addımlarından sonra baş tutacağını vurğulayıb. Sənəddə, həmçinin bu siyahının hər iki həftədən bir yenilənəcəyi qeyd olunur.

Xatırladaq ki, mayın əvvəlində Avropa Komissiyası ittifaq ölkələrinə giriş məhdudiyyətlərinin yumşaldilmasını və Avropa Dərman Vasitələri Agentliyi tərəfindən təsdiqlənən peyvəndlərlə vaksinasiya olunan xarici turistlərin Aİ ərazisinə girişinə icazə verilməsini tövsiyə edib. Avropa İttifaqı ölkələri öz ərazilərinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün tövsiyə edilən preparatlarla vaksinasiya olunan şəxslərin girişinə icazə vermək hüququ da qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.