SİYASƏT


Avropa İttifaqı-Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin iclası keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 26-27-də Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin “Şərq tərəfdaşlığı” ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

İclasın birinci günü tərəflər arasında insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar, insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Növbəti gün isə ədliyyə, azadlıq və təhlükəsizlik sahələrində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq, miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycanın 15 dövlət qurumundan, habelə İnsan hüquqları üzrə müvəkkilin Ofisinin, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun, Məşğulluq və Sosial Məsələlər Baş Direktorluğunun, eləcə də Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.