SİYASƏT


Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır

Bakı, 18 mart, AZƏRTAC

Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin 431 məhkuma şamil olunan əfv Sərəncamını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə sözçüsü Maya Kosyançiç bəyan edib. O, Azərbaycanın dövlət başçısının bu qərarını “tərifəlayiq addım” adlandırıb. M.Kosyançiç əlavə edib ki, Avropa İttifaqı Azərbaycanla bütün sahələrdə əməkdaşlığı davam etdirəcək. Aİ rəsmisi vurğulayıb ki, Avropa İttifaqı Azərbaycandan beynəlxalq öhdəlikləri çərçivəsində gələcəkdə də bu cür addımlar gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.