İQTİSADİYYAT
Avropa İttifaqı-Azərbaycan biznes forumuna həsr edilmiş onlayn konfrans keçiriləcək
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də “Avropa İttifaqı-Azərbaycan Biznes Forum 2020-2022”yə həsr edilmiş onlayn konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransda İtaliya və Fransa səfirləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbərləri iştirak edəcəklər. Veb-konransın işçi dili ingilis dilidir.
Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, əsas məqsədi biznes mühitini yaxşılaşdırmaq və ölkənin iqtisadi şaxələndirilməsinə dəstək verməklə Azərbaycanda qeyri-neft sektorunu gücləndirməkdir. Layihənin əsas vəzifələri Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, ölkəmizdəki biznes mühiti və investisiya imkanları barədə məlumatlılığın artırılması və dövlət-özəl dialoqun genişləndirilməsinə həsr olunub. Layihə COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) və “InvestBaku” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.