DÜNYA
Avropa İttifaqı Belarusla viza rejimini sadələşdirəcək
Minsk, 18 noyabr, AZƏRTAC
Avropa İttifaqı Şurası Belarusla viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağa hazır olması qərarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, sənəd Aİ-nin rəsmi jurnalının saytında yerləşdirilib.
Qərarın mətnində deyilir: “Bu sənədə əsasən, Aİ adından Belarus Respublikası ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişi imzalamağa icazə verilir”.
Qeyd edək ki, Belarus və Avropa İttifaqı daha əvvəl viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağı planlaşdırıblar. Aİ-nin Belarus nümayəndəliyinin başçısı Andrea Viktorin bildirib ki, viza rejiminin sadələşdirilməsi haqqında sazişin mətninə dair bütün razılaşmalar artıq əldə olunub.
Rüstəm Məmmədov
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]