DÜNYA


Avropa İttifaqı Brexit danışıqlarının əsas tunel mərhələsinə keçməsi üçün “yaşıl işıq” yandırıb

London, 12 oktyabr, AZƏRTAC

Avropa İttifaqı Brexit danışıqlarının əsas tunel mərhələsinə keçməsi üçün “yaşıl işıq” yandırıb.

Avropa İttifaqının Brexit danışıqları üzrə müşaviri Mişel Barnier, Aİ və İngiltərə hökuməti üçün böyük bir təkan olaraq Böyük Britaniyanın Baş Naziri Boris Consonun son təklifləri ilə bağlı intensiv "tunel" danışıqlarının açılmasına dair razılığını təmin edib. Belə ki, Brüsseldə Barnier ilə İngiltərənin Brexit üzrə məsul katibi Stefan Berkley arasında görüş keçirilib. Görüşdə Aİ ölkələri yaxın bir neçə gün ərzində İngiltərə ilə Brexit danışıqlarını fəallaşdırmaq barədə razılığa gəliblər.

Mənbələr, Avropa İttifaqına üzv ölkələri təmsil edən səfirlərin, gələn cümə axşamı sammitdə şərtləri razılaşdırmaq ümidi ilə sürətləndirilmiş danışıqlara hazır olduqlarını söyləyib.

Baş Nazir Boris Consonun İttifaqa təklif etdiyi müqavilənin şərtləri hələ ki məlum deyil, lakin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Consonun Aİ-yə hamı üçün işləyəcək bir həll yolu ilə gələcəyinə inandığını deyib. O, ötən gün Boris Consonun həmkarı İrlandiyanın Baş Naziri Leo Varadkar ilə görüşündən sonra razılaşmanın hələ də mümkün olduğu barədə ümidverici siqnallar aldığını vurğulayıb.

Task Brüsseldə texniki danışıqların getdiyini bildirib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.