DÜNYA


Avropa İttifaqı Gürcüstana 3,5 milyard avro yardım ayırıb

Tbilisi, 17 yanvar, AZƏRTAC

Avropa İttifaqı Gürcüstanda infrastruktur və nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün 3,5 milyard avro yardım ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib. Bildirib ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı iştirakçılarına infrastruktur və nəqliyyat layihələrinin reallaşdırılmasına yardım məqsədilə 13 milyard avro məbləğində vəsait ayırıb.

Bunun 3,5 milyardı Gürcüstan üçün nəzərdə tutulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.