DÜNYA


Avropa İttifaqı Kimyəvi silahların qadağan edilməsi təşkilatının saytına kiberhücumu pisləyib

Berlin, 5 oktyabr, AZƏRTAC

Avropa İttifaqının rəhbərliyi Kimyəvi silahların qadağan edilməsi təşkilatının (KSQT) Haaqada yerləşən serverlərinə hakerlərin kompüter hücumu etmək cəhdinə görə hiddətləndiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Şurasının rəhbəri Donald Tusk, habelə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moderini bu cinayətkarları “təcavüzkar hərəkətlər törətməkdə” ittiham edirlər. Onların fikrincə, bu cür əməliyyatlar “beynəlxalq hüquqa ziddir və beynəlxalq təsisatların nüfuzuna xələl gətirir”.

Aİ rəhbərlərinin sözlərinə görə KSQT-nın serverlərinə hakerlərin uğursuz hücumu “bu təşkilatın toxunulmazlığına xələl gətirmək” cəhdidir və “bütün dünyada silahların qadağan edilməsi uğrunda mübarizə aparan bir idarəyə hörmətsiz münasibəti” nümayiş etdirir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.