DÜNYA


Avropa İttifaqı Kiyev üçün daha yarım milyard avro ayıracaq

Budapeşt, 13 may, AZƏRTAC

Avropa İttifaqı Ukraynaya 500 milyon avro məbləğində yeni yardım paketi ayıracaq.

AZƏRTAC xəbər verir ki, Macarıstanın aparıcı KİV-ləri bu məlumatı Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin bəyanatına istinadla açıqlayıblar.

Bu barədə qərar G7 ölkələrinin xarici işlər nazirlərinin Almaniyada keçirilmiş görüşündə qəbul edilib.

Cari ildə Brüssel Kiyevə toplam 4 milyard avro, Avropa İttifaqından çıxmış Böyük Britaniya isə təqribən 3,5 milyard avro yardım təqdim edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.