DÜNYA


Avropa İttifaqı Latın Amerikasına 3,4 milyard avro məbləğində maliyyə yardımı ayrılmasını elan edib

Madrid, 4 dekabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) liderləri Latın Amerikası və Karib hövzəsi ölkələrinə COVID-19 pandemiyasından sonra uzunmüddətli davamlı bərpa işləri üçün 3,4 milyard avro məbləğində maliyyə yardımı ayrılmasını elan ediblər.

AZƏRTAC xəbər verir ki, bu məlumat Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin sədrliyi ilə keçirilmiş virtual görüşdə elan edilib. Tədbirdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ-nin ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, habelə Latın Amerikası və Karib hövzəsi regionundan (LAC) yeddi dövlət və hökumət başçısı iştirak edirdi.

Avropa liderləri bəyan ediblər ki, 3,4 milyard avro məbləğində dəstək “qonşuluq, inkişaf və beynəlxalq əməkdaşlıq vasitəsi – Qlobal Avropa” (NDICI - Global Europe) adlı yeni layihə çərçivəsində təqdim ediləcək.

Bəyanatda deyilir ki, Aİ liderləri LAC nümayəndələrini Atlantik okeanın hər iki tərəfində biznes və investisiya imkanlarını və iqtisadiyyatı bərpa etməyin hərəkətverici qüvvəsi kimi iki region arasında ticari və assosiativ sazişlərin geniş şəbəkəsindən istifadə etməyə çağırıblar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.