DÜNYA


Avropa İttifaqı Serbiya və Kosovo rəhbərlərini müzakirələr üçün Brüsselə dəvət ediblər

Belqrad, 1 avqust, AZƏRTAC

Avropa İttifaqı (Aİ) rəsmiləri Serbiya və Kosovo arasında yaşanan gərginliklə əlaqədar tərəfləri müzakirələr aparmaq üçün Brüsselə dəvət ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib.

O deyib ki, Aİ və üzv dövlətlər Kosovonun şimalında baş verən hadisələri yaxından və narahatlıqla izləyirlər. O, sabitlik və təhlükəsizliyə xələl gətirən, bütün vətəndaşların hərəkət azadlığına mane olan hər hansı razılaşdırılmamış və birtərəfli hərəkətlərin dərhal dayandırılmasının vacibliyini qeyd edib. Gərginliyin həllinin yeganə yolunun dialoq olduğunu vurğulayan P.Stano Serbiya və Kosovo rəsmiləri ilə daim təmasda olduqlarını, bu məsələdə NATO və ABŞ kimi beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq etdiklərini bildirib.

Avrokomissiyanın sözçüsü deyib ki, Aİ həll yolu tapmaq və bu cür gərginliyin yenidən yaranmasının qarşısını almağın yollarını müzakirə etmək üçün hər iki tərəfin rəsmilərini Brüsselə dəvət edib.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.