SİYASƏT


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib

Bakı, 17 iyul, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşıladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.