DÜNYA


Avropa İttifaqı Türkiyədəki Suriya qaçqınlarına 1,5 milyard avro qrant ayıracaq

Bakı, 14 mart, AZƏRTAC

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, Aİ Türkiyədəki Suriya qaçqınlarına 1,5 milyard avro qrant ayıracaq. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Moqerini deyib: “Bildirmək istəyirəm ki, biz Türkiyədəki Suriya qaçqınlarına ayrılması nəzərdə tutulan 3 milyard avro qrantın 1,5 milyardını transfer edəcəyik”.

Aİ və BMT-nin himayəsi ilə Suriya böhranına həsr olunmuş konfransda çıxış edən Aİ-nin ali komissarı vurğulayıb ki, bu ölkədəki böhranı hərbi deyil, siyasi yolla həll etmək mümkündür. O, Türkiyənin ən çox – 3,5 milyon suriyalı qaçqına sığınacaq verdiyini də diqqətə çatdırıb.

Konfransda qeyd olunub ki, Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ilin əvvəlindən bəri yüz minlərlə insan öldürülüb və 10 milyondan çox suriyalı öz torpaqlarını tərk etməyə məcbur olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.