DÜNYA
Avropa İttifaqı əhalisinin 31,8 faizinə azı bir doza vaksin vurulub
Bakı, 17 may, AZƏRTAC
Avropa İttifaqı ölkələri əhalisinin demək olar ki, 32 faizi koronavirus əleyhinə azı bir doza vaksin əldə edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Dana Spinant məlumat verib. “Əhalinin 31,8 faizi koronavirus əleyhinə azı bir doza vaksin alıb”, - deyə Dana Spinant özünün Tviter səhifəsində yazıb. Onun sözlərinə görə, indiyədək Avropa İttifaqı ölkələrinə 237,5 milyon vaksin dozası çatdırılıb və burada 196,5 milyon vaksinasiya həyata keçirilib.
Bir müddət öncə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen vaksinasiya kampaniyasının 4,5 ayı ərzində Avropa İttifaqının 27 ölkəsinə 200 milyon vaksin dozası çatdırıldığını, əhalinin 25 faizdən çoxunun isə azı bir peyvənd dozası əldə etdiyini bildirib. O qeyd edib ki, Avropa Komissiyası iyul ayı ərzində Avropa İttifaqının yetkinlik yaşına çatan əhalisinin 70 faizinin peyvənd olunmasını qarşıya hədəf qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]