Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Avropa İttifaqı genişlənmə astanasında

Avropa İttifaqı genişlənmə astanasında

Brüssel, 6 iyul, AZƏRTAC

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bu günlərdə Qərbi Balkan bölgəsində bir sıra dövlətlərə gərgin səfər edir. Məqsəd – region ölkələrini inandırmaqdır ki, həmin ölkələrin Aİ-yə daxil olmasına dair danışıqlara start verəcək sazişin qəbul edilməsini sürətləndirmək lazımdır. Bu, Aİ-nin Balkanlara doğru genişlənməsi prosesinə yeni təkan verəcək.

AZƏRTAC xəbər verir ki, həyata keçirilməsi siyasi baxımdan çətin olan bu sövdələşmə Brüsselin regionda ümidləri ilə bağlı mürəkkəb qərarlar zəncirində son halqadır. Lakin xüsusən Ukrayna və Moldovaya verilmiş son vədlərdən sonra blok əvvəlki səhvləri bir daha təkrarlamamalıdır.

Növbəti altı ay ərzində Aİ Şurasında sədrlik edəcək Çexiya Ukrayna və Moldovanın tezliklə Aİ-yə daxil olmasında təkid edən ölkələrlə çoxdan növbədə dayanan ölkələr, məsələn Qərbi Balkan dövlətləri arasında tarazlığı təmin etməli olacaq.

Şarl Mişel Şimali Makedoniyada olarkən indi bu ölkə üçün “həlledici məqam” olduğunu bəyan edib və mədəniyyət, dil və identiklik kimi məsələlərdə Bolqarıstanla bəzi mübahisələr doğuran “fransız təklifi”ni qəbul etməyə çağırıb. Məlum olduğu kimi, Bolqarıstan bir sıra məqamlar barədə mübahisə edir, “fransız təklifi” isə Sofiya ilə Skopye arasında kompromisi təmin etməlidir.

Mişel Skopyedəki çıxışında deyib: “Sizin ölkənin Aİ-nin Balkanlara doğru genişlənməsi prosesində yenidən liderə çevrilmək şansı var. Şəxsən mən tam əminəm ki, bu qərar sizin əsas problemlərinizə müvafiqdir. Məqsəd aydındır: Şimali Makedoniyanın Aİ-yə daxil olması barədə danışıqlara başlamaq və Aİ-də bizim ortaq gələcəyimizi qurmaq üçün irəliləmək”.

Eyni zamanda, Aİ Şurasının sədri qeyd edib ki, əgər Şimali Makedoniya razılıq versə, yaxın bir neçə gün ərzində birinci hökumətlərarası konfrans təşkil ediləcək və bundan dərhal sonra digər addımlar atılacaq.

“Fransa təklifi”ni tənqid edənləri sakitləşdirməyə çalışan Mişel deyib: “Bir mühüm məqam var ki, bu təklifdə Aİ tərəfindən qeyd-şərt irəli sürülmədən Makedoniya dili haqqında danışılır. Makedoniya dili sizin dilinizdir və “fransız təklifi” bu fakta hörmət edir. Aİ-nin bütün normativ aktları və qanunvericiliyi Makedoniya dilinə tərcümə ediləcək. Biz sizin milli identikliyinizlə bağlı narahatlığınızı da çox yaxşı başa düşürük. Avropa Şurasının sədri kimi mənim tam dəstəyimə ümid edə bilərsiniz ki, sizin qanuni hüquqlarınıza sistematik olaraq riayət ediləcək”.

Sofiya bu təklifi qəbul edib, lakin həm Brüssel tərəfindən, həm də Aİ-yə daxil olmasının yolu Skopye ilə bağlı olan qonşu Albaniya tərəfindən göstərilən təzyiqə baxmayaraq, kompromisi rədd etmək tələbi ilə bağlı daxili təzyiq güclənməkdə davam edir.

Makedoniya Parlamenti qarşısında etiraz nümayişləri dalbadal dördüncü gecədir ki, davam edir. Etirazçıların fikrincə, bu sövdələşmə onların etnik idenktikliyinə “hücum edir”. Onlar Bolqarıstanın makedoniyalılara münasibətini bir qədər şərqdə ukraynalılara qarşı tez-tez istifadə edilən ritorika ilə müqayisə ediblər. “Fransız təklifi”ni tənqid edənlər deyirlər ki, bu təklif makedoniyalıların milli identikliyinin inkar edilməsinə yol açır.

Mişel jurnalistlərə deyib: “Şimali Makedoniyanın təklif etdiyi kompromis bu ölkədə siyasi və etnik qütbləşməni sürətləndirir”. Onun fikrincə, bu ölkənin vətəndaşları hesab edirlər ki, sözügedən təklif bolqar radikallarının makedoniyalılara münasibətdə məqsədlərinə nail olmağa əsasən şərait yaradır.

Ş.Mişel daha sonra deyib: “Mən onlara izah etməyə çalışıram ki, gələcəkdə heç kəs tarix, dil və etnik mənsubiyyət barədə ikitərəfli mübahisələrlə əlaqədar Skopyedən yeni güzəştlər almaq üçün onun Aİ-yə daxil olması prosesindən istifadə edə bilməyəcək”.

Lakin çoxları belə hesab edir ki, Aİ Cənub-Şərqi Avropada öz siyasi nüfuzunu daha da itirməyə risk edir.

Şarl Mişeli müşayiət edən Makedoniyanın baş naziri Dimitar Kovaçevski deyib ki, Avropanın təklifi makedoniyalılar üçün əlverişlidir və Skopyenin narahatlığını nəzərə alır. Baş nazir vurğulayıb: “Dəyişdirilmiş, dəqiqləşdirilmiş və tamamlanmış “fransız təklifi” bizim illər boyu mübarizə apardığımız imkanı - Makedoniya dilinin dəqiq ifadə olunmasını təmin edir. Biz öz identikliyimizlə fəxr edirik, indiyə qədər heç kəs Makedoniya xalqını assimilyasiya edə bilməyib və bu, faktdır”.

Aİ tərəfindən Ukrayna və Moldovaya namizəd statusu veriləndən sonra Aİ-nin Balkanlara doğru genişlənməsində irəliləyiş daha da güclənib.

Şimali Makedoniya ilə Bolqarıstan arasında razılıq əldə edilməsi Ukrayna və Moldova ilə müqayisədə özlərini incidilmiş hesab edən Qərbi Balkan ölkələrinin perspektivini canlandırardı.

Qərbi Balkan ölkələrinin liderləri iyunun 23-də Avropa Şurasının Brüsseldə keçirilmiş sammitinin kuluarlarında yaranmış vəziyyətdən çox narazıdırlar. Həmin sammitdə Ukrayna və Moldovaya Aİ-i üzvlüyünə namizədlər statusu verilib. Lakin iyulun 1-də Aİ Şurasında sədrliyi Fransadan qəbul etmiş Çexiya genişlənmənin hər iki istiqamətdə sürətləndiriləcəyini vəd edir.

Çexiyanın sədrliyə başlaması münasibətilə təşkil edilmiş mətbuat konfransında Çexiyanın baş naziri Peter Fiala deyib: “Gündəlikdə “Şərq yoxsa Cənub?” məsələsi yoxdur. Bu iki məsələ bir-birinə zidd deyil”.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də həmin mətbuat konfransında iştirak edirdi. O deyib: “Biz hər iki istiqamətdə səylərimizi cəmləşdirə bilərik və bunu istəyirik. Aİ-yə daxil olma prosesinin sürəti ölkələrin özlərindən asılıdır”.

Fialanın sözlərinə görə, Aİ regionu təbliğatdan və sabitliyin pozulması potensialından qorumaq üçün Qərbi Balkan ölkələrinə qucaq açmalıdır.

2022-ci ilin oktyabr ayında Praqada Çexiyanın sədrliyi ilə qeyri-rəsmi sammit keçiriləcək. Həmin tədbirdə Aİ üzvü olan ölkələrlə yanaşı, “İslandiyadan Ukraynaya qədər” digər Avropa ölkələri də iştirak edəcəklər.

Fiala vurğulayıb: “Bu bizim hamımızın mənafeyinə uyğundur. Aİ yalnız Şərqə və ya yalnız Cənuba baxa bilməz. O, bütün istiqamətlərə baxmalıdır”.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO